AFFA 3 klubu cəzalandırdı

18:00 - 12 Mart 2024

AFFA 3 klubu cəzalandırdı

AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Manset.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, iclasda Azərbaycan Premyer Liqasının XXVI turunun matçlarında qeydə alınan qayda pozuntularına hüquqi qiymət verilib.

“Kəpəz” azarkeşləri “Neftçi” ilə oyunda matçın rəsmi şəxslərinin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiklərinə görə Gəncə təmsilçisi 1000 manat cərimə edilib.

“Araz-Naxçıvan”la görüşdə 6 futbolçu sarı vərəqə aldığına görə “Turan Tovuz” 700 manat cərimələnib. Beş futbolçusu sarı vərəqə alan “Araz-Naxçıvan” isə 700 manat xərcə düşüb.

Naxçıvan təmsilçisinin futbolçusu Vüsal Şabanov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. Bu, bölgə klubunu 3000 manat ziyana salıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin