8 Noyabr prospektində təmir aparılacaq

15:32 - 13 Mart 2024

8 Noyabr prospektində təmir aparılacaq

“15 mart tarixindən etibarən Bakı şəhəri, 8 Noyabr prospektində əsaslı təmir işlərinə başlanılması nəzərdə tutulub”.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, təmir işlərinə Yusif Səfərov küçəsindən Zığ dairəsi istiqamətində start verilməsi planlaşdırılır.

“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, təmir müddətində sözügedən prospektlə hərəkətdə olarkən diqqətli olmaları, təmir ərazisində qoyulacaq müvəqqəti yol nişanlarının tələblərinə və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur”, - məlumatda deyilir.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin