Kimyəvi maddə dolu çənə düşən pişik xəbərdarlığı - Anormal pişik görsəniz...

13:17 - 14 Mart 2024

Kimyəvi maddə dolu çənə düşən pişik xəbərdarlığı - Anormal pişik görsəniz...

Yaponiyada itkin düşən və kimyəvi maddələrlə dolu çənə düşməkdə şübhəli bilinən pişiklə bağlı ictimaiyyətə xəbərdarlıq edilib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Xirosima əyalətinin Fukuyama bölgəsində gecənin qaranlığında yoxa çıxan pişiyə “yaxınlaşmamaq” barədə xəbərdarlıq edilib.

Pişik haqqında: "Əgər anormal görünən pişik görsəniz, ona toxunmayın" deyilib.

Beləki, həftə sonu yoxa çıxan və sonuncu dəfə üzlük fabrikinin təhlükəsizlik kameralarında görünən pişiyin fabrikin qarşısında ayaq izləri qoyaraq sürətlə qaçdığı görülüb.

Burada işləyən işçi müəyyən edib ki, pişiyin "qırmızı-sarı" pəncə izləri fabrikdəki "altı valentli xrom" (Xrom-6) ilə doldurulmuş 3 metr dərinlikdəki çəlləyə qədər gedib çıxır.

Bildirilib ki, çəlləkdəki kimyəvi maddə “toxunduqda və ya tənəffüs etdikdə səpgi və iltihaba, həmçinin, xərçəngə gətirib çıxara bilən” xəstəliklərə səbəb olub.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin