Maşını yolun ortasında saxlayıb getdi: Bakıda ağlasığmaz hadisə - FOTOLAR

14:06 - 14 Mart 2024

Maşını yolun ortasında saxlayıb getdi: Bakıda ağlasığmaz hadisə - FOTOLAR

Bakının mərkəzində "77 FM 207" dövlət qeydiyyat nişanlı avtomobil hərəkəti tamamilə iflic edib.

 

Manset.az Trend-ə istinadən xəbər verir ki, "Elmlər Akademiyası" metrostansiyasının yaxınlığında, nəqliyyatın sıx hərəkət etdiyi Bəxtiyar Vahabzadə küçəsi 14-də sürücünün "Hyundai" markalı minik avtomobilini 1 saatdan çox yolun ortasında saxlaması, sözügedən ərazidə hərəkəti tamamilə iflic edib.

Maşınını yolun ortasında saxlayan şəxs digər nəqliyyat vasitələrinin gediş-gəlişini tamamilə dayandırıb. "77 FM 207" qeydiyyat nişanlı avtomobilin sürücüsünün bu xuliqanlığı digər sürücülərin ciddi narazılığına səbəb olub.

Təxminən 1 saat sonra hadisə yerinə qayıdan sürücünün əslində üzürü qəbahətindən böyük olub. O, heçnə olmamış kimi "Diş həkiminə getmişdim", - deyərək hərəkətinə bəraət qazandırmağa çalışıb.

Sözügedən görüntüləri təqdim edirik:



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin