Keçmiş işçisi ölü tapılan “Boeing”də qalmaqallar davam edir

15:54 - 14 Mart 2024

Keçmiş işçisi ölü tapılan “Boeing”də qalmaqallar davam edir

Daha əvvəl havada olarkən təyyarənin qapısının düşdüyü ilə gündəmə gələn aviasiya şirkəti Boeing təyyarələrində yaşanan problemlərə yenisi əlavə edildi.  

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, American Airlines-a məxsus Boeing 777 tipli sərnişin təyyarəsi ötən gecə "mexaniki nasazlıq" səbəbindən Los-Ancelesdə məcburi eniş edib.  

 Bildirilib ki, 249 nəfərin olduğu təyyarədə olan sərnişinlər və ekipaj üzvləri sürətlə təxliyə edilib.

ABŞ mediası Dallasdan havaya qalxan təyyarənin təkərlərindən birində problem olduğunu və insident zamanı xəsarət alan olmadığını yazıb.

Qeyd edək ki, “Boeing”ə məxsus təyyarələrin son zamanlar bir-birinin ardınca təcili eniş etdiyi xəbərləri ilə gündəmə gəlir.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin