Bu ölkə "TikTok"u 10 milyon avro cərimələdi

16:17 - 14 Mart 2024

Bu ölkə

İtaliya Rəqabət Qurumu "TikTok"u cərimələyib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, qurumun verdiyi açıqlamaya görə, Çində yerləşən "ByteDance" qrupuna məxsus "TikTok"un İtaliya, İngiltərə və İrlandiyadakı filialları, yetkinlik yaşına çatmayan istifadəçiləri potensial zərərli məzmundan qorumadıqları üçün ümumilikdə 10 milyon avro cərimələnib.

Bildirilib ki, "TikTok" platformasında yayılan məzmuna nəzarət onun yetkinlik yaşına çatmayanların və həssas şəxslərin psixoloji və fiziki təhlükəsizliyini təhdid edib-etmədiyini müəyyən etmək üçün kifayət deyil.

Açıqlamaya görə, sözügedən sosial media platforması bu cür məzmunun yayılmasının qarşısını almaq üçün adekvat tədbirlər görməyib və özünün dərc olunmuş təlimatlarına əməl etməyib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin