Xaçmazda itkin düşən gəncin meyiti tapıldı

18:00 - 14 Mart 2024

Xaçmazda itkin düşən gəncin meyiti tapıldı

Xaçmaz rayonunun Fərzəlioba kəndi yaxınlığında meşəlik ərazidə ağacdan asılmış meyit tapılıb.

 

Manset.az xəbər verir ki, meyiti tapılan şəxsin Maqsudkənd kənd sakini 27 yaşlı Əliyev Pərvin Səbri oğlu olduğu məlum olub. Əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Meyit Xaçmaz morquna aparılıb.

Qeyd edək ki, P. Əliyevin martın 11-də Maqsudkənd kəndində evdən çıxıb bir daha geri dönmədiyi barədə polisə müraciət edilib. O, itkin kimi axtarılırdı.

Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti

20 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin