Bakıda 5 ölkənin səfiri görüşdü

22:46 - 14 Mart 2024

Bakıda 5 ölkənin səfiri görüşdü

Rusiyanın Azərbaycandakı səfirliyində Rusiya, Belarus, Qırğızıstan, Özbəkistan, Rusiya və Tacikistan səfirlərinin görüşü olub.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiyanın diplomatik missiyasının mətbuat xidməti bildirib.

“Martın 14-də Rusiya Federasiyasının Azərbaycan Respublikasındakı səfirliyində MDB üzvü dövlətlərin diplomatik nümayəndəlikləri rəhbərlərinin artıq xoş ənənəyə çevrilmiş dostluq görüşü olub”, – səfirlik diqqətə çatdırıb.

Qeyd olunub ki, görüşdə Andrey Ravkov (Belarus), Kayrat Osmanaliyev (Qırğız Respublikası), Bahrom Əşrəfxanov (Özbəkistan), Mixail Yevdokimov (Rusiya səfiri) və İlhom Abdurahmon (Tacikistan) iştirak ediblər.

“Qarşılıqlı maraq doğuran mövzular müzakirə olunub”, – açıqlamada bildirilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin