"Ferrari"nin yeni oyunçusu sürücülük imtahanından keçə bilmədi

20:18 - 16 Mart 2024

"Formula 1"in yüksələn ulduzu Oliver Berman Səudiyyə Ərəbistanı Qran Prisində "Ferrari" üçün debüt yarışında yaxşı çıxış edib. Lakin Oliver əvvəllər nəzəri yox, sürücülük üzrə vəsiqə almaq üçün ilk sınaqdan keçib.

 

Manset.az Lent.az-a istinadən bildirir ki, 16 yaşlı Oliver Berman işıqforun səhvi səbəbindən ilk imtahanından keçə bilməyib.

Həmin vaxt Oliver Berman "Formula 3"də yarışıb. Bundan sonra o, təkrar imtahandan əvvəl iki saatlıq dərs üçün sosial şəbəkələr vasitəsilə 90 dollar müqabilində özəl təlimatçı işə götürüb.

"Biz onun BMW avtomobilində dərs keçirdik. Heç bir ehtiyat pedalım olmasa da, özümü tamamilə təhlükəsiz hiss edirdim. Bundan əvvəl o, svetofor testindən keçə bilməyib. Ola bilsin ki, o, sarıda dayanmayıb. O, çox nəzakətli idi və sadəcə imtahana yenidən hazırlaşmaq istəyirdi. O, çoxlu suallar verdi və çox maraqlanan, əla oğlan kimi görünürdü", - təlimatçı deyib.


Xəbər xətti

18 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin