Azərbaycan nefti bu qiymətə satılır

11:05 - 23 Mart 2024

Azərbaycan nefti bu qiymətə satılır

Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan neftinin qiyməti dəyişməyib.

 

Manset.az xəbər verir ki, Azərbaycan neftinin 1 bareli üzrə qiyməti 87,17 ABŞ dollarıdır.

Qeyd edək ki, neftimizin 1 bareli üzrə qiyməti ötən gün də 0.85% və ya 0.75 ABŞ dolları azalaraq 87.17 ABŞ dolları təşkil etmişdi.

Xatırladaq ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.


Xəbər xətti

23 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin