Putin "Crocus City Hall"dakı hadisəni barbar terror hücumu ADLANDIRDI

18:02 - 23 Mart 2024

Putin

Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da baş verən terror aktını qanlı və barbar terror hücumu adlandırıb. 



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, V.Putin onlarla günahsız insanın həlak olduğunu bildirib: “Onlarla dinc, günahsız insan terror aktının qurbanı oldu”. 

Rusiya Prezidenti həmçinin insanların həyatını xilas etmək üçün hər şeyi edən təcili yardım briqadalarına, yanğınsöndürənlərə və xilasedicilərə minnətdarlığını bildirib. 

Prezident terror aktı zamanı yaxınları həlak olan hər kəsə dərin hüznlə başsağlığı verib: “Terror aktını törədən 4 nəfərin hamısı saxlanılıb. Onlar Ukraynaya qaçmağa cəhd ediblər. İlkin məlumata görə, onların sərhədi keçməsi üçün Ukraynadan “pəncərə” açılıb”. 
Ölkə liderinin sözlərinə görə, əsas məsələlərdən biri yeni cinayətlərin qarşısını almaqdır. 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin