logo
logo logo
logo

Lənkəranda açıq sahədə YANĞIN - FOTOLAR

19:06 - 04 İyul 2026

Lənkəranda açıq sahədə YANĞIN - FOTOLAR

Lənkəranda magistral yolun kənarında güclü yanğın başlayıb.


Manset.az xəbər verir ki, yanğın yeni Ələt–Astara magistralında yolun Lənkəran şəhərindən keçən hissəsində başlayıb. 

Yol kənarında, açıq sahədə olan quru ot örtüyü alovlanıb. Küləkli hava şəraiti səbəbindən alov qısa müddətdə geniş əraziyə yayılaraq magistral yol boyunca sürətlə irəliləyir.

Vaxtında təmizlənməyən quru ot kütləsi yanğının daha da genişlənməsinə şərait yaradır. Alovun yolun qarşı tərəfinə keçmə ehtimalı da yüksək qiymətləndirilir.

Faktla bağlı əlavə məlumat veriləcək.

Nuranə Alisoy


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az