logo
logo logo
logo

Günəşdə 8 güclü partlayış oldu

19:24 - 04 İyul 2026

Günəşdə 8 güclü partlayış oldu

Günəşdə sutka ərzində 8 güclü partlayış qeydə alınıb.


Manset.az xəbər verir ki, bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutu (TGİ) məlumat yayıb.

Bildirilib ki, bu aktivlik nəticəsində Yer kürəsində maqnit qasırğasının gücü G3 səviyyəsinə yüksəlib.

Məlumata görə, günəşdəki kütləvi partlayış dalğası iyulun 4-ü Bakı vaxtı ilə saat 04:00-dan etibarən başlamağa başlayıb.

Mütəxəssislər bildirir ki, qeydə alınan partlayışların davametmə müddəti 15 ilə 36 dəqiqə arasında dəyişib. Alimlər baş verən püskürmələrin gücünü M1.1 və M4.1 dərəcələri arasında qiymətləndiriblər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az