Nura efirdə aparıcının sualına ƏSƏBİLƏŞDİ - VİDEO

22:39 - 23 Mart 2024

Nura efirdə aparıcının sualına ƏSƏBİLƏŞDİ - VİDEO

Müğənni Nura Suri efirdə aparıcı Aysel Novruzovaya irad bildirib.



Manset.az Bizim.Mediaya istinadən xəbər verir ki, aparıcı ilə müğənnin arasındaki gərginlik "Rəngarəng səhər" verilişində baş verib.  

Beləki proqramın aparıcısı Ayselin "Mən sizə onun mahnısından sual verməyəcəyəm" deməsi Nuranı qəzəbləndirib.  

Suri "Özümə söz vermişəm. Bundan sonra heç bir müğənni haqqında suala cavab verməyəcəyəm. Elə bil ki, bütün verilişlərə pul veriblər, eyni müğənnilər haqqında hamıya sual verirlər. Sanki həmin müğənnilərin reklamını aparırlar. Çox xahiş edirəm, səsimi kəsməyin. Bütün verilişlərdə niyə 3-4 müğənninin adını çəkib, təbliğatını aparırsınız? Sizin verilişinizə gələn müğənnilərə ancaq onlar haqqında suallar verirsiniz və şəkillərini göstərirsiniz. Mən heç bir müğənninin adını çəkən deyiləm. Bundan sonra da heç bir müğənni haqqında fikir bildirməyəcəyəm. Anam deyir ki, sən hamının haqqında yaxşı danışırsan, amma onlar çönüb sənin haqqında bir dənə də olsun xoş söz demir" deyərək fikirlərini dilə gətirib.  


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin