Bu ölkədə teleqram qadağan edildi

11:52 - 24 Mart 2024

Bu ölkədə teleqram qadağan edildi

İspaniya sosial mediada ani mesajlaşma tətbiqi olan teleqramdan istifadənin dayandırılması qərarına gəlib.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, İspaniya Milli Məhkəməsinin hakimi Santyaqo Pedraz teleqramın işinin dayandırılması ilə bağlı qəbul edilən məhkəmə qərarının icra edilməsinə dair göstəriş verib.

Müəllif hüquqları ilə bağlı çatışmazlıqları qəbul edən hakim Pedraz İspaniyada fəaliyyət göstərən Vodafone, Orange, Digi, Movistar, MasMovil və digər telefon operatorlarına teleqram proqramlarının istifadəsini ən qısa zamanda dayandırmağı əmr edib.

İttihamlarla bağlı istintaq davam etsə də, hakim Pedraz “əməkdaşlıq etməməkdə və müəyyən texniki məlumatların bildirilməsinə icazə verməməkdə” günahlandırdığı teleqramın istifadəsini dayandırmağa qərar verib və bunu “zəruri, uyğun və mütənasib” kimi qiymətləndirib.

Hazırda teleqram İspaniyada istifadə olunmağa davam etsə də, qısa müddət ərzində bağlanacağı gözlənilir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin