DTX əməliyyat keçirdi: İcra başçısını öldürmək istəyən şəxs saxlanıldı - VİDEO

11:09 - 25 Mart 2024

DTX əməliyyat keçirdi: İcra başçısını öldürmək istəyən şəxs saxlanıldı - VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda terror aktları planlaşdıran şəxs həbs olunub.

 

Manset.az xəbər verir ki, DTX-nin yaydığı informasiyaya əsasən, müəyyən edilib ki, Bəhruz Əskərov respublikanın müxtəlif rayonlarında yaşayan şəxsləri gizli əlaqəyə cəlb edərək, onlara Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısının həyatına sui-qəsdin təşkil olunması barədə tapşırıqlar verib. 

Həmçinin Bəhruz Əskərovun əlaqəsində olan şəxslərə Azərbaycanın bəzi rayonlarında fərdi qaydada ingilis dili müəllimi kimi fəaliyyət göstərən xarici ölkə vətəndaşına qarşı sui-qəsd həyata keçirməyi tapşırması da təsbit edilib. 

Lakin DTX tərəfindən görülən tədbirlər nəticəsində bu cinayət əməllərini həyata keçirə bilməyib. 

Qeyd edək ki, Lənkəran Rayon İcra Hakimiyyətinin başçısı 2012-ci ildən Taleh Qaraşovdur.



Xəbər xətti

18 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin