Əməkdar artist xəstəxanadan evə buraxıldı - FOTO

21:00 - 27 Mart 2024

Əməkdar artist xəstəxanadan evə buraxıldı - FOTO

Əməkdar artist Kifayət Gəncəli müalicə aldığı xəstəxanadan evə buraxılıb.

 

Manset.az  xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd məlumat verib.

O bildirib ki, K.Gəncəli xəstəxanaya yerləşdirildikdən sonra ona işemik insult diaqnozu qoyulub: "O, səhhəti yaxşılaşdığından ambulator müalicə üçün evə buraxılıb".

Qeyd edək ki, Kifayət Gəncəli (Məmmədova) 1937-ci ildə Gəncədə anadan olub. Müğənninin Qızıl fondda 300-ə yaxın lent yazısı var. Onların arasında "Leylam", "Elə bağlıyam", "Tələbəlik illəri", "Xatırla məni" və digər ifalar var. O, 2007-ci ildə Əməkdar artist fəxri adına layiq görülüb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az