Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

23:36 - 27 Mart 2024

Həcc ziyarətinə getmək istəyənlərin NƏZƏRİNƏ

Fevralın 12-dən Azərbaycandan Həcc ziyarətinə getmək istəyənlər üçün sənəd qəbuluna start verilib. Ziyarət vahid formada təşkil olunacaq və hava nəqliyyatı ilə həyata keçiriləcək.

 

Manset.az  modern.az-a istinadən xəbər ki, bu il Azərbaycandan Həcc ziyarətinin qiyməti 1 nəfər üçün 5850 dollar müəyyənləşib.

Eyni zamanda, Həcc ziyarəti ilə bağlı sənəd qəbuluna dəyişiklik edilib. Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyi Ramazan ayının sonuna kimi Həcc ziyarəti ilə bağlı prosedurları bitirməyi tələb edir.

Bəs kvotanın nə qədər hissəsi dolub?

Qafqaz Müsəlmanları İdarəsindən bildirilib ki, sənəd qəbulu davam edir. Qeyd olunub ki, nəzərdə tutulan kvotanın yarısından çoxu dolub.


Xəbər xətti

14 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin