"Sülh müqaviləsi və onun 5 prinsipinin təşəbbüskarı Azərbaycandır" - Prezident
29 Aprel 2024
12:56 - 28 Mart 2024
Yaponiyada “Beni-koji” qida əlavəsinin qəbulu nəticəsində dünyasını dəyişənlərin sayı 4-ə yüksəlib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, şirkət "Beni-koji" istehlak edən 100-dən çox insanın xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Ölümün səbəblərini müəyyən etmək üçün araşdırmalar hələ də davam edir.
Yaponiya hökuməti Kobayashi şirkətini ölüm halları artdıqca “tez və ciddi bir şəkildə cavab verməyə” çağırıb.
Nazirlər Kabinetinin Baş Katibi Hayashi Yoshimasa verdiyi açıqlamada, məhsulda "sağlamlığa təhlükə yaradan maddənin müəyyən edilməsi də daxil olmaqla" qida təhlükəsizliyini təmin etməyə çalışdıqlarını söyləyib.
Hayashi, "Yaponiya qida məhsullarına etimadı təmin etməyə çalışacağıq" deyib.
Əfsanə Rəcəb
Manşet.az
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin