FTX terorçuları maliyyələşdirənləri belə ələ keçirdi - ANBAAN VİDEO

17:20 - 1 Aprel 2024

FTX terorçuları maliyyələşdirənləri belə ələ keçirdi - ANBAAN VİDEO

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) "Crocus City Hall"a hücum edən terrorçuları maliyyələşdirən yaraqlıların saxlanmasının videosunu nümayiş etdirib.

 

Manset.az BAKU.WS-ə istinadən xəbər verir ki, Dağıstanda şübhəlilərin xüsusi təyinatlılar tərəfindən ələ keçirilməsinin çəkilişini "SHOT" teleqram kanalı yayıb.

Görüntülərdə təhlükəsizlik qüvvələrinin yaraqlıları saxladığı görünür. Mənzildən eyni zamanda silah da tapılıb.

Tutulan şəxslərdən biri martın 22-də "Crocus City Hall"-a hücum edən terrorçulara Mahaçqaladan silah çatdırdığını etiraf edib. O və əlaltıları terror aktının maliyyələşdirilməsində də iştirak ediblər.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin