Səudiyyə Ərəbistanı tarixində İLK: Gözəllik yarışmasına qatılacaq

17:22 - 1 Aprel 2024

Səudiyyə Ərəbistanı tarixində İLK: Gözəllik yarışmasına qatılacaq

Səudiyyə Ərəbistanı ilk dəfə qadınların gözəllik yarışmasına qatılıb.

 

Manset.az xəbər verir ki, 27 yaşlı Rumy Alqahtani-nin qatılacağı yarışma 28 sentyabr şənbə günü baş tutacaq.

ABŞ-da yerləşən “Miss Asia 2024” təşkilatı tərəfindən təşkil olunan müsabiqə bu il Meksikada keçirilir.

İnstaqram hesabında açıqlama verən Alqahtani, “Kainat gözəli 2024 yarışmasında iştirak etməkdən şərəf duyuram. Bu, Səudiyyə Ərəbistanı Krallığının “Kainat gözəli” müsabiqəsində ilk iştirakıdır”, - o deyib.

Stomatologiya üzrə bakalavr dərəcəsi olan model Alqahtani “Miss Səudiyyə Ərəbistanı” seçildikdən sonra ölkəsini bir sıra müsabiqələrdə təmsil edib.

"Miss Səudiyyə Ərəbistanı" tacından əlavə, Alqahtani həmçinin "Miss Middle East" (Səudiyyə Ərəbistanı), Miss Arabic World Peace 2021 və Miss Woman (Səudiyyə Ərəbistanı) kimi bir çox nüfuzlu titullara malikdir.

Jalə

Manşet.az


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin