İsrail və ABŞ arasında Birgə Rifah toplantısı

17:48 - 1 Aprel 2024

İsrail və ABŞ arasında Birgə Rifah toplantısı

İsrail mediasının məlumatına görə, İsrail və ABŞ rəsmiləri onlayn görüşdə Rəfahı müzakirə edəcəklər.

 

İsrail və ABŞ rəsmiləri İsrailin fələstinlilərin sığındığı Qəzza zolağının Rəfah şəhərinə mümkün quru hücumu əvəzinə Vaşinqton administrasiyasının alternativ təkliflərini müzakirə etmək üçün bu gün onlayn görüş keçirəcək.

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, adı açıqlanmayan mənbələrə əsaslanan xəbərdə, görüşdə İsrailin Rəfaha qurudan hücumu əvəzinə Vaşinqton administrasiyasının alternativ təkliflərinin müzakirə ediləcəyi bildirilib.

Qeyd olunub ki, görüşdə nümayəndə heyətlərinə ABŞ-ın milli təhlükəsizlik müşaviri Ceyk Sallivan və İsrailin strateji məsələlər üzrə naziri və Hərbi Nazirlər Kabinetinin üzvü Ron Dermer rəhbərlik edəcək.

Xəbərdə Refaha qurudan hücuma alternativlərin müzakirə ediləcəyi ikinci görüşün gələn həftə üz-üzə keçiriləcəyi də iddia edilib.

ABŞ rəhbərliyi təxminən 1,5 milyon fələstinlinin sığındığı Rəfaha qurudan hücuma qarşı olduğunu tez-tez bildirir. İsrail isə ABŞ-ın etirazlarına baxmayaraq, Rəfaha qurudan hücuma keçəcəyini bildirir.

Əfsanə Rəcəb

Manşet.az

 

 


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin