"Liverpul" iddialarına münasibət bildirdi

18:24 - 01 Aprel 2024

\"Liverpul\" iddialarına münasibət bildirdi

"Sportinq"in baş məşqçisi Ruben Amorim adının "Liverpul"la hallanmasına münasibət bilirib.

 

Manset.az  "Daily Mirror"a istinadən xəbər verir ki, o, hazırda bütün diqqətini Portuqaliya təmsilçisinə yönəltdiyini deyib: "Bu klubun baş məşqçisi olmaqdan  qürur duyuram. Biz bütün diqqətimizi titullar qazanmağa yönəltmişik. Digər məsələləri daha sonra görəcəksiniz. Mənim müqaviləm var və burada  xoşbəxtəm".

Qeyd edək ki, Amorim hazırda "Liverpul"da Yurgen Kloppun komandadan getməsindən sonra baş məşqçisi olmağa namizədlərdən biridir. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az