Ərdoğan partiyasının Mərkəzi İdarə Heyətini toplayır - Gündəm seçkidir

19:01 - 1 Aprel 2024

Ərdoğan partiyasının Mərkəzi İdarə Heyətini toplayır - Gündəm seçkidir

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Mərkəzi İdarə Heyəti sabah toplantı keçirəcək.

 

Manset.az TRT-yə istinadən xəbər verir ki, bu, ötən gün keçirilən bələdiyyə seçkilərindən sonra keçirilən ilk belə toplantı olacaq.

Prezident və partiyanın rəhbəri olan Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçiriləcək iclasda seçkilərin nəticələrinin qiymətləndirilməsi gözlənilir. Əvvəlki seçkilərlə vilayətlərə və rayonlara görə müqayisələr aparılacaq.

Mərkəz İdarə Heyətinin toplantısından sonra AKP sözçüsü Ömer Çelik həm gündəm, həm də iclasla bağlı mətbuata açıqlama verəcək.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin