Vanda Nara və Paris Hilton arasında qalmaqal: “Məni kopyalamağı xoşlayırsan”

15:25 - 2 Aprel 2024

Vanda Nara və Paris Hilton arasında qalmaqal: “Məni kopyalamağı xoşlayırsan”

Türkiyənin “Qalatasaray” klubunun ulduz futbolçusu Mauro İkardinin sevgilisi Vanda Nara ilə məşhur müğənni Paris Hilton arasında sosial şəbəkədə mübahisə yaşanıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müsahisə Paris Hiltonun "Bad Bitch Academy" adlı yeni albomunu elan etməsindən sonra başlayıb.

Beləki, Hiltonun albomunun adı Vanda Naranın 2023-cü ildə çıxan ilk mahnısı "Bad Bitch"ə bənzəyib.

Paris Hilton İnstaqramda yeni albomunun tizerini paylaşdıqdan sonra Vanda Nara "Məni kopyalamağı sevirsən, gözəlim" deyə zarafat edib. O, pərəstişkarlarını ona dəstək olmağa çağırıb.

Qeyd edək ki, iki məşhur xanım arasında gərginliyin keçən il Mauro İkardinin doğum günündən sonra sosial mediada Paris Hiltonla dostluq əlaqəsi qurmasından sonra başlayıb. Mauro ilə əlaqələrinin Vanda Naranı narahat etdiyi və rəqabətə çevrilən vəziyyətə gətirib çıxardığı ehtimal edilir.

Əfsanə Rəcəb

Manşet.az

 



Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin