Alman ananın 3 il əvvəl qaçırılan oğlu Türkiyədə tapıldı

12:08 - 08 Aprel 2024

Alman ananın 3 il əvvəl qaçırılan oğlu Türkiyədə tapıldı

Almaniyada 3 il əvvəl əri tərəfindən qaçırılan və həmin vaxt 2 yaşında olan oğlunu axtararaq ölkə-ölkə dolaşan Anika Balın övlad həsrəti Türkiyədə sona çatıb. 


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, haqqında həbs qərarı çıxarılan İngiltərə vətəndaşı Dale S. oğlu ilə Antalyada istirahətdən dönərkən Türkiyə polisi tərəfindən təyyarədə yaxalanıb. 
Anika Bal 3 ildən sonra övladına qovuşub.
Beləki, 2017-ci ildə Uelsdə ailə quran cütlük 2019-cu ildə boşanıb. Bu evlilikdən olan Loqanın qəyyumluğu anası Anika Balla verilib. Ata Deyl oğlunu yalnız həftə sonları görüb. Lakin 2021-ci ilin dekabrında Deyl 2 yaşlı oğlunu dayədən alan zaman hazırladığı planı həyata keçirib.
Keçmiş həyat yoldaşı Anika Ballın imzasını saxtalaşdıraraq oğluna pasport və səyahət icazəsi alıb və oğlu ilə ölkədən qaçıb. 
Oğlu və keçmiş həyat yoldaşından xəbər ala bilməyən Anika Ball polisə şikayət edib. Ana Anika Ball qısa müddət sonra işini tərk edərək oğlunu özü axtarmağa başlayıb. 
Əfsanə Rəcəb
Manşet.az


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az