Masallı rayonunda yetkinlik yaşına çatmayan əmisi qızını qaçıran şəxs cinayət məsuliyyətinə cəlb edilib.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, rayon məhkəməsinin hökmü ilə 2000-ci il təvəllüdlü Fariz Xasıyev (şərti ad-soyadlı) Cinayət Məcəlləsinin 152 və 177-cü (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və oğurluq) maddələri ilə təqsirli bilinib.
Qeyd edilib ki, Fariz 15 yaşlı əmisi qızına onunla evlənəcəyini deyərək birgə qaçmağı təklif edib. O, qızı Bakıya qaçıracağını desə də, Masallıda başqa qohumunun evinə aparıb və əxlaqsız hərəkətlər edib. Hadisə barədə polisə məlumat verildikdən sonra yeniyetmənin əmisi oğlu Fariz tərəfindən qaçırıldığı müəyyənləşib. Gənc oğlanın əvvəllər də məhkum olunduğu, eləcə də həmin ərəfədə oğurluq cinayəti törətdiyi üzə çıxıb.
Məhkəmədə F. Xasıyevin əmisi ona ağır cəza verilməsini tələb edib. Fariz isə əməlindən peşman olduğunu deyib.
Masallı Rayon Məhkəməsinin hökmü ilə Fariz Xasıyevə 4 il 6 ay həbs cəzası verilib.