“Bakcell”in
baş icraçı direktoru Klaus Müller hər il dünyanın müxtəlif ölkələrindən biznes
liderlərinin iqtisadi, texnoloji və strateji məsələlərlə bağlı mövqelərini əks
etdirən “PwC illik CEO sorğusu”nda iştirak edib.
“PwC Azərbaycan” nümayəndələri ilə müsahibə zamanı Klaus Müller ölkədə sürətlənən rəqəmsal və texnoloji inkişafın tendensiyaları ilə bağlı fikirlərini bölüşüb. O, innovasiyanın telekommunikasiya və texnologiya sənayesini dəyişdirən gücünü, süni intellektin genişlənən tətbiq sahələrini və qlobal trendlərin yaratdığı yeni imkanları vurğulayıb. Klaus Müller davamlı yenilənən texnoloji mühitə çevik adaptasiyanın və gələcəyə yönəlmiş milli ekosistemin formalaşmasında sahələrarası əməkdaşlığın vacibliyini diqqətə çatdırıb.
"İnnovasiya
və süni intellekt “Bakcell”in inkişaf strategiyasının əsasını təşkil edir. Bu
istiqamətdə görülən ardıcıl və strateji işlər vasitəsilə biz məhsul və xidmətlərimizdə
tətbiq etdiyimiz yeniliklərlə yanaşı, Azərbaycanın rəqəmsal gələcəyinin
qurulmasına töhfə verməyi hədəfləyirik.” - deyə Müller bildirib.
“PwC Qlobal” tərəfindən keçirilən sorğu ölkələr üzrə aparıcı şirkət rəhbərlərinin iqtisadi vəziyyət, dayanıqlılıq, texnoloji inkişaf və gələcək perspektivlərə dair mövqelərini əhatə edir. 2024-cü ildə 109 ölkədən 4701 şirkət rəhbərlərinin iştirak etdiyi sorğunun nəticələri İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu çərçivəsində təqdim olunub. 2025-ci ilin sorğusunda xüsusilə, rəqəmsal transformasiya, süni intellektin təsiri və dayanıqlı inkişaf məsələləri ön plana çıxarılıb.
"Bakcell"
haqqında
"Bakcell"
Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət
üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri
ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük
investorlarından biri olan "Bakcell" süni intellekt əsaslı innovativ
həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.
"Bakcell"
müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti
sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər
qrupunun tərkibinə daxildir.