Ulduz Quliyeva ilə görüşdən FOTOLAR

20:31 - 19 İyun 2025

Ulduz Quliyeva ilə görüşdən FOTOLAR

Mədəniyyət Nazirliyində tanınmış aşıq Ulduz Quliyeva ilə görüş olub.


Manset.az xəbər verir ki, oyunun 19-da Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyində çağdaş aşıq sənətinin tanınmış nümayəndəsi, Əməkdar mədəniyyət işçisi, Prezidentin fərdi təqaüdçüsü Ulduz Quliyeva (Aşıq Ulduz Sönməz) ilə görüş olub.

Sənətkarı 80 illik yubileyi münasibətilə təbrik edən mədəniyyət naziri Adil Kərimli onun Azərbaycan aşıq sənətinin inkişafına verdiyi töhfələrdən danışıb. 

Qeyd olunub ki, Ulduz Quliyeva uğurlu yaradıcılıq yolu keçməklə yanaşı, yeni qadın aşıqlar nəslinin yetişdirilməsində də xüsusi xidmətlər göstərib. Bildirilib ki, ustad aşığın yaradıcılığı dövlətimiz tərəfindən həmişə yüksək qiymətləndirilib.

Adil Kərimli Ulduz Quliyevanın Azərbaycan mədəniyyətinin inkişafında xidmətlərinə görə Mədəniyyət Nazirliyinin Fəxri diplomuna layiq görüldüyünü deyib və təltifi sənətkara təqdim edib.

Ulduz Quliyeva yaradıcılığına göstərilən diqqətə görə Mədəniyyət Nazirliyinə minnətdarlığını bildirib.

Görüşdə Azərbaycan Aşıqlar Birliyinin sədri professor Məhərrəm Qasımlı və aşıq Ramin Qarayev də iştirak ediblər. 

Sonda yubilyar sənətkarla xatirə şəkli çəkdirilib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az