Lerikdə selin dağıtdığı suötürücü borular bərpa olundu

22:32 - 12 Aprel 2024

Lerikdə selin dağıtdığı suötürücü borular bərpa olundu

Lerik rayonunda sel suları nəticəsində dağılan suötürücü borular bərpa olunub.

 

Manset.az  xəbər verir ki, Lerik Rayon Fövqəladə Hallar komissiyasının məlumatına görə, Lerik və Yardımlı rayonları arasında yolun bərpası istiqamətində zəruri tədbirlər görülüb.

Gün ərzində əraziyə Lerik və Yardımlı rayonlarının yol istismar idarələrinin ağır texnikaları və canlı qüvvələri cəlb olunub. Görülən tədbirlər nəticəsində axşam saatlarında hər iki rayon istiqamətində nəqliyyatın hərəkəti bərpa edilib.

Qeyd edək ki, bu yoldan Lerik rayonunun 30-a yaxın kəndinin sakinləri istifadə edirlər.


Xəbər xətti

3 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin