Türkiyədə kanat QƏZASI - Ölən və yaralananlar var

09:49 - 13 Aprel 2024

Türkiyədə kanat QƏZASI - Ölən və yaralananlar var

Türkiyınin Antalya şəhərində kanat faciəsi qeydə alınıb.

 

Manset.az BAKU.WS-ə isitnadən xəbər verir ki, hadisəyə səbəb kanat dirəklərindən birinin naməlum səbəbdən aşması olub.

Aşan dirəyə dəyərək parçalanan kabinədəki 8 nəfər qayalıq əraziyə düşüb.

Ətrafdakıların xəbəri ilə əraziyə yanğınsöndürmə, polis, sağlamlıq və xilasetmə qrupları göndərilib.

Bölgəyə gələn qruplar Memiş Gümüşün (54 yaş) həyatını itirdiyini, Özlem Şahin, Kaan Akgün, Fatih Gümüş, Keziban Çapar Gümüş, Lütfullah Kərim Gümüş, Herdem Eyüpoğlu və Qırğızıstan əsilli Akmaral Abdyldaevanın yaralandığını müəyyən ediblər.

Ölkənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabından verdiyi açıqlamada, xilasetmə işlərində Sahil Mühafizəsi Komandanlığına aid 4 helikopterin aktiv rol oynadığını bildirib.

"Asılı vəziyyətdə olan 15 kabinədəki 98 nəfər müvəffəqiyyətlə təxliyyə edilib. AFAD, jandarma, polis və əsgərlər və yanğınsöndürmə briqadasından ibarət 543 axtarış-xilasetmə personalı, o cümlədən 7 helikopter, 1 hərbi yük təyyarəsi, 108 maşın və 6 təcili yardım və pilotsuz təyyarələr bölgəyə cəlb edilib”.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin