logo
logo logo
logo

Qaxda dəhşətli qəza - 4 nəfər yaralandı

09:45 - 19 Sentyabr 2026

Qaxda dəhşətli qəza - 4 nəfər yaralandı

Qax rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Modern.az-a istinadən xəbər verir ki, qəza səhər saatlarında Qax-Qorağan avtomobil yolunda qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Nüşabə Musayeva, Arzuman Musayev, Gülnarə Cəfərova və Qəzənfər Həşimov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Onlardan G. Cəfərovanın vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az