"Kızılcık şerbeti"nin aktrisası buna görə parik taxır

18:50 - 13 Aprel 2024

Türkiyəli aktrisa Feyza Civelek ilk dəfə niyə parikdən istifadə etməsinə aydınlıq gətirib.

 

Manset.az  axşam.az-a istinadən bildirir ki, aktrisa istifadə etdiyi dərman səbəbindən saçlarının töküldüyünü açıqlayıb.

"Sədəf xəstəliyindən əziyyət çəkirəm. Xarici ölkədən gətirdiyim dərmanların əks təsiri nəticəsində saçlarım tamamilə tökülüb. Müvəqqəti parikdən istifadə edirəm. Saçım və parikim haqqında şərh yazan hər kəsə demək istədiyim tək səbəb budur. Bu sağlamlıq problemidir, ona görə də bu cür şərhləri özünüzə saxlayın. Tezliklə öz saçımla qayıdacağam" deyə, Feyza bildirib.

Qeyd edək ki, aktrisa hazırda "Kızılcık şerbeti" serialında "Nilay"a həyat verir.


Xəbər xətti

26 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin