İran səfiri Fransa XİN-ə çağırıldı

23:52 - 14 Aprel 2024

İran səfiri Fransa XİN-ə çağırıldı

İranın Parisdəki səfiri Məhəmməd Aminnicat Fransanın Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin rəhbəri Stefan Sejurne “France 2” telekanalının efirində bildirib.

“Qətiyyətimizin siqnalını çatdırmaq üçün İran səfirini çağırmağı göstəriş vermişəm”, – Sejurne vurğulayıb.

Eyni zamanda, nazir bildirib ki, Yaxın Şərqdə münaqişənin genişlənməsinə yol verməmək lazımdır. Onun sözlərinə görə, Fransanın prioriteti girovların azad edilməsi, atəşkəs və Qəzza zolağına humanitar yardımın daxil olmasını təmin etməkdir.


Xəbər xətti

27 İyul 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin