Tanınmış Əməkdar jurnalist vəfat etdi - FOTO
29 Aprel 2024
15:38 - 15 Aprel 2024
Almaniya Bundesliqasında sona 5 tur qalmış “Bayer” çempionluğunu rəsmiləşdirib.
Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bununla “Bavariya”nın yarımmüdafiəçisi Kinqsli Komanın karyerasında ilk yaşanıb.
Belə ki, Fransa millisinin üzvü peşəkar karyerasında birinci dəfə çıxış etdiyi ölkənin çempionu ola bilməyib.
Koman karyerasına 2012-13 mövsümündə PSJ-də başlayıb və 17 yaşında Fransa çempionu olub. Daha sonra 11 mövsüm ərzində həmişə oynadığı ölkə çempionatının qalibi olub. 2015-16 mövsümündə hətta iki titul əldə edib - İtaliya çempionu (“Yuventus”) və Almaniya çempionu (“Bavariya”).
27 yaşlı Koman səkkizqat Almaniya çempionu, ikiqat Fransa çempionu və ikiqat İtaliya çempionudu.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin