İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan etdi

15:48 - 15 Aprel 2024

İrəvan Bakı ilə sülh imzalamağa hazır olduğunu bəyan etdi

Ermənistan Azərbaycanla iki ölkə arasında artıq razılaşdırılmış üç prinsip əsasında sülh sazişi imzalamağa hazırdır.

 

Manset.az oxu.az-a istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevlə danışıqların yekunu üzrə deyib.

Siyasətçi aydınlaşdırıb ki, söhbət 1991-ci il Almatı Bəyannaməsinin müddəaları əsasında ərazi bütövlüyünün qarşılıqlı tanınmasından və respublikalar arasında delimitasiyanın həyata keçirilməsindən, eləcə də dövlətlərin suverenlik və yurisdiksiyaya hörmət prinsipləri, qarşılıqlılıq və bərabərlik əsasında regional infrastrukturların blokdan çıxarılmasından gedir.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin