Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur – VİDEO

17:10 - 15 Aprel 2024

Onun fırçası şəhid atasının xatirələrini çəkir: Qanı ilə boyanan torpağı qızı kətana hopdurur – VİDEO

Azərbaycan Televiziyası (AzTV) şəhid əmanətləri ilə bağlı qısametrajlı filmləri hazırlamaqda davam edir.

 

Manset.az xəbər verir ki, bu silsilədən növbəti birisi  şəhidlik zirvəsinə ucalan kapitan Aqil Məlikovun qızı Xədicə Məlikovanın rol aldığı qısametrajlı filmdir.

Qısametrajlı filmdə şəhid əmanətimizin rəsmlərində Qarabağımızın təsviri və atası ilə bağlı xatirələrini səsləndirdiyi fikirlər yer alıb.

Qeyd edək ki, kapitan Aqil Məlikov ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “İgidliyə görə” medalları və “Azərbaycan bayrağı” ordeni ilə təltif olunub.

Qəhrəman şəhidimiz özündən sonra bizə Xədicə və Süleyman adlı iki övladını əmanət qoyub.


Xəbər xətti

29 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin