Azərbaycanda bu matçla bağlı araşdırma aparılır - VİDEO

23:31 - 15 Aprel 2024

Azərbaycanda bu matçla bağlı araşdırma aparılır - VİDEO

Futbol üzrə Azərbaycan 1-ci Liqanın 20-ci turunda keçirilən “İrəvan” - “Araz Saatlı” (1:4) matçı ilə bağlı araşdırma aparılır.

 

Manset.az xəbər verir ki, bunu “CBC Sport”a açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

“Sözügedən oyun ictimaiyyətdə söz-söhbət doğurduğundan tərəfimizdən nəzarətə götürülüb, UEFA-ya da məlumat verilib. Bundan başqa, güc strukturları da məlumatlandırılıb. Məsələ araşdırıldıqdan sonra daha ətraflı məlumat verilə bilər” - AFFA rəsmisi bildirib.


Xəbər xətti

30 Aprel 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin