Bakı-Dubay təyyarəsi bu səbəbə görə geri qayıtmalı oldu

13:29 - 17 Aprel 2024

Bakı-Dubay təyyarəsi bu səbəbə görə geri qayıtmalı oldu

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Dubay marşrutu üzrə J2 011 nömrəli reysi yerinə yetirən təyyarəsi Birləşmiş Ərəb Əmirliklərində müşahidə olunan əlverişsiz hava şəraitinin fəsadları səbəbindən uçuş hava limanına qayıtmalı olub.

 

Manset.az xəbər verir ki, bu barədə AZAL məlumat yayıb.

Bildirilib ki, AZAL Bakı-Dubay-Bakı reyslərinin bütün sərnişinlərinə əlavə məlumat almaq üçün [email protected] elektron poçt ünvanı vasitəsilə çağrı mərkəzinə və ya “Azərbaycan Hava Yolları” aviaşirkətinin nümayəndəliklərinə müraciət etməyi tövsiyə edir.


Xəbər xətti

22 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin