Gürcüstanın paytaxtı Tiflisdə "Xarici agentlər haqqında" qanuna etirazlar davam edir.
Manset.az xəbər verir ki, bu gün sayları daha da çoxalan etirazçılar parlament binasının qarşısındakı Rustaveli prospektini bağlayıblar.
Parlament binasının ətrafında və daxilində təhlükəsizlik tədbirləri gücləndirilib.
Qeyd edək ki, bu gün parlament binası qarşısında genişmiqyaslı etiraz aksiyasının dördüncü günüdür.