“İranı pis niyyətli hərəkətlərinə görə cavabdehlik verəcəyik” - G7 xarici işlər nazirləri

15:34 - 19 Aprel 2024

“İranı pis niyyətli hərəkətlərinə görə cavabdehlik verəcəyik” - G7 xarici işlər nazirləri

Dünyanın 7 ən böyük iqtisadiyyatına malik ölkələrin xarici işlər nazirləri bu gün İtaliyanın Kapri adasında son iclas üçün bir araya gəlib.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, ABŞ, Almaniya, Fransa, Böyük Britaniya, İtaliya, Kanada və Yaponiyanın nazirlərindən ibarət qrup İranı Yaxın Şərqdəki “pis niyyətli və sabitliyi pozan hərəkətlərinə” görə cavabdehlik verəcəklərini bildirib.

İsrailli girovların dərhal azad edilməsinə və Qəzzada davamlı atəşkəsə çağıran xarici işlər nazirləri İran və İsraili gərginliyin daha da artmasına yol verməməyə çağırıblar.

G7 xarici işlər nazirləri İsrailin Rəfahdakı genişmiqyaslı hərbi əməliyyatına qarşı olduqlarını bildirərək, bunun mülki əhali üçün “fəlakətli nəticələrə” səbəb olacağı barədə xəbərdarlıq ediblər.

"Qəzzada dağıdıcı və böyüyən humanitar böhranı yumşaltmaq üçün daha çox iş görülməlidir", - nazirlər əlavə edib.

Əfsanə Rəcəb

Manşet.az

 


Xəbər xətti

2 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin