"Fənərbağça"nın ulduz qapıçısının qalmqallı penalti mövqeyi şərhi - FOTO

18:54 - 24 Aprel 2024

"Fənərbağça"nın ulduz qapıçısı Dominik Livakoviç "Sivasspor" matçında meydana çıxan və komandasının 2 xal itirməsinə səbəb olan penalti mövqeyini dəyərləndirib. 

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Livakoviç mövqenin penalti olmadığını bildirib. 

Livakoviç açıqlamasında, "Nəzarətli bir şəkildə ayağımı açıram və ayağım yerdə sabit. Rəqibin ayağını süpürmür, yerə dəyir. Mənim müdaxiləm rəqibin qoluna mane olmur, top çölə çıxır” deyib.

Sarı-göylü futbolçular və texniki heyət matçın son fitindən sonra soyunub-geyinmə otağında dəfələrlə penalti nöqtəsini izləyib.

Əfsanə Rəcəb
Manşet.az



Xəbər xətti

24 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin