Tarixi uçuş: İlham Əliyev Füzulidən Berlinə GEDİR

19:58 - 25 Aprel 2024

Tarixi uçuş: İlham Əliyev Füzulidən Berlinə GEDİR

Füzuli Beynəlxalq Hava Limanından Almaniyanın paytaxtı Berlində uçuş baş tutacaq.

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev özünün "X" hesabında yazıb.

"Unudulmaz və tarixi uçuş: Füzulidən Berlinə! Möcüzələr inandığınız zaman baş verir!", - paylaşımda deyilir.

Qeyd edək ki, sabah Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya səfəri gözlənilir. Səfər çərçivəsində Almaniya kanslero Olaf Şoltsla danışıqlar aparılacaq.

Dövlət başçısının Belinə Füzulidən yola düşəcəyi ehtimal edilir.

Xatırladaq ki, Prezident İlham Əliyev bu gün Qırğız Respublikasının Prezidenti Sadır Japarovla birlikdə Füzuli və Ağdam şəhərlərində səfərdə olub.


Xəbər xətti

18 İyun 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin