Bağırov körpüsündə son vəziyyət - VİDEO
22 Oktyabr 2024
18:49 - 29 Aprel 2024
Şotlandiyanın Baş naziri (birinci nazir), Şotlandiya Milli Partiyasını təmsil edən Humza Yusaf partiya liderliyindən və müvafiq olaraq, baş nazir vəzifəsindən istefa verdiyini açıqlayıb.
Manset.az xəbər verir ki, o, bu barədə partiya katibini məlumatlandırıb.
Humza yeni partiya rəhbərinin seçilməsi üçün hazırlıqlara başlanmasını xahiş edib.
Xatırladaq ki, ölkədə siyasi böhran keçən həftə Yusafın Yaşıllarla koalisiya sazişindən çıxması ilə başlayıb. Bununla bağlı olaraq müxalifət partiyaları dərhal Şotlandiyanın nazirinə və hökumətinə etimad səsverməsi planlaşdırıb. Yusaf səsvermədən əvvəl istefa verməyə üstünlük verib.
Digər xəbərlər
Xəbər xətti
Ən son xəbərləri səhifəmizdən də izləyin