Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşdü

14:40 - 03 May 2024

Gürcüstanda 3 yeniyetmənin olduğu avtomobil çaya düşdü

Gürcüstanda yeniyetmələrin olduğu avtomobil çaya düşüb.

 

Manset.az  APA-ya istinadən bildirir ki, məlumatı Gürcüstanın Fövqəladə Halların İdarəetməsi Xidməti yayıb.

Bildirilib ki, içində 3 yeniyetmə olan avtomobil ötən gün Mestia munisipalitetinin Nakra kəndi yaxınlığında Enquri çayına düşüb.

"Yetkinlik yaşına çatmayanların axtarış-xilasetmə əməliyyatı səhər tezdən başlayıb. Axtarışlara Fövqəladə Halların İdarəetməsi Xidmətinin xilasediciləri cəlb olunub, çox sayda yerli əhali də iştirak edir", - deyə qurumun nümayəndəsi Nino Vibliani bildirib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az