Rəsmi Moskva ABŞ və NATO-ya xəbərdarlıq etdi

19:51 - 6 May 2024

Rəsmi Moskva ABŞ və NATO-ya xəbərdarlıq etdi

Moskva Ukraynadakı F-16 təyyarələrini modifikasiyasından asılı olmayaraq nüvə silahı daşıyıcısı kimi qəbul edəcəklərini açıqlayıb.

 

Manset.az  xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi bəyanat yayıb.

“ABŞ istehsalı olan çoxfunksiyalı F-16 təyyarələrinin Ukrayna hərbi əməliyyatlar teatrında görünməsi gözlənilir. Rusiya tərəfinin dəfələrlə qeyd etdiyi kimi, biz bu təyyarələrin ikili təchizatlı platformalara - qeyri-nüvə və nüvə platformalarına aid olmasını gözardı edə bilmərik”.

Nazirlik bildirib ki, uzun illərdir, bu tip təyyarələr NATO-nun “birgə nüvə missiyaları”nda istifadə olunan təyyarə parkının əsasını təşkil edir:

“Bu təyyarələrin hansı spesifik modifikasiya ilə tədarük olunacağından asılı olmayaraq, biz onları nüvə silahı daşıyıcısı kimi qəbul edəcəyik və ABŞ və NATO-nun bu addımını məqsədli təxribat kimi qiymətləndirəcəyik”.


Xəbər xətti

21 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin