ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq

00:00 - 7 May 2024

ABŞ Putinin andiçmə mərasimində təmsil olunmayacaq

Rusiya Prezidenti Vladimir Putinin andiçmə mərasimində ABŞ təmsil olunmayacaq.

 

Manset.az  TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller məlumat verib.

“Xeyr, onun andiçmə mərasimində bizim nümayəndəmiz olmayacaq”, - M.Miller vurğulayıb.

Qeyd edək ki, Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov mayın 7-də prezidentin andiçmə mərasiminə Moskvada akkreditə olunmuş bütün diplomatik nümayəndəliklərin rəhbərlərinin dəvət edildiyini bildirib.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin