Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs ƏLƏ KEÇDİ

09:10 - 7 May 2024

Ağsuda narkotiklərin qanunsuz dövriyyəsini təşkil edən şəxs ƏLƏ KEÇDİ

Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.

 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Manset.az-a bildirilib.

Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin