İsrail ordusu Rəfaha qurudan hücum etdi

12:44 - 7 May 2024

İsrail ordusu Rəfaha qurudan hücum etdi

İsrail Müdafiə Qüvvələri ordunun Rəfahın şərqində xüsusi bir bölgədə fəaliyyət göstərdiyini açıqlayıb.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, İsrail ordusu Misir sərhədində yerləşən Rəfah sərhəd qapısının Qəzza tərəfini operativ nəzarətə götürüb.

Kerem Şalom Sərhəd Qapısının təhlükəsizlik səbəbi ilə bağlandığı və təhlükəsizlik şəraiti imkan verdiyi zaman yenidən açılacağı bildirilib.

Ordunun Rəfaha qurudan girməsi və sərhəd qapısının ələ keçirilməsi HƏMAS-ın Qətər və Misir tərəfindən irəli sürülən "atəşkəs təkliflərini" təsdiqlədiyini elan etdikdən sonra baş verib.

İsrail ordusu gecə saatlarından etibarən Rəfah şəhərində 50-dən çox yerə hava zərbələri endirib.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin