"Kompensasiya yuxu"su depressiyanın qarşısını alır

13:20 - 7 May 2024

Çinin Mərkəzi Cənub Universitetinin tədqiqatçıları 8 min insan üzərində araşdırma aparıblar.

 

Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, müvafiq olaraq, insanların demək olar ki, yarısı həftə sonları yataqda iş günlərinə nisbətən bir və ya iki saat daha çox vaxt keçirərək “kompensasiya yuxu”su alır.

Kompensasiya yuxusunu alanların depressiya əlamətləri ilə qarşılaşma ehtimalı 46 faiz azdır. Kompensasiya yuxusu həftə içi altı saat və ya daha az yatanlar üçün işə yarayır.

Digər tərəfdən mütəxəssislər həftənin hər günü eyni saatda yatıb durmağın və yuxusunu tənzimləməyin ən sağlam yol olduğunu və bu insanlarda iltihablanma riskinin daha az olduğunu bildirirlər.

Əfsanə Rəcəb

Manşet.az


Xəbər xətti

19 May 2024

Ən son xəbərləri səhifəmizdən də izləyin